İcarəyə verilir 3 otaqlı yeni tikili 104 m², Nizami m.
Nəsimi rayonu, Nizami metrosuna 5 dəqiqəlik məsafədə, Caspian Plaza və Bridge Plaza yaxınlığında, Bakıxanov prospekti ilə Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində, Yapı Kredi Bankın üstündə yerləşən 16 mərtəbəli yeni tikili binanın 9-cu mərtəbəsində ümumi sahəsi 104 kv.m olan 3 otaqlı təmirli və işıqlı mənzil kirayə təklif olunur. Mənzil zövqlə təmir olunmuş, rahat planlanmaya malik olub, 1 geniş zal, 2 yataq otağı və mətbəxdən ibarətdir. Binada müasir lift, mühafizə xidməti və səliqəli həyət mövcuddur. Ətrafında məktəb, supermarket, iaşə obyektləri və ictimai nəqliyyat imkanları yerləşir. Ailəvi yaşayış üçün ideal seçimdir. Aylıq kirayə haqqı 1200 AZN təşkil edir. Ətraflı məlumat və baxış üçün buyurub müraciət edə bilərsiniz.